Rusiya ilə Azərbaycan sərhədində yaranan qarşıdurma zamanı 90 azərbaycanlı saxlanıb. 10 nəfərə cinayət işi açılıb. Bu barədə Rusiyanın rəsmi informasiya agentliyi olan Ria novosti məlumat verir. Agentlik diplomatik mənbələrə istinadən yazır ki, yaxınlarda Azərbaycan nümayəndə heyətinin də Dağıstana səfəri gözlənir. İyunun 15-də Azərbaycan vətəndaşları ilə polis arasında qarşıdurmaya görə hakimiyyət nümayəndəsinin həyatına təhlükəli olan zorakılıq, başqasının əmlakına qəsdən zərər vurma ittihamları cinayət işi açılıb. Rusiya rəsmiləri hadisədə doqquz polis əməkdaşının xəsarət aldığını, beş xidməti avtomobilə ziyan dəydiyini bildirir.
Arxiv
-
Avqust 11, 2025
Rusiya ilə bağlı Azərbaycan 'ölçülü addımlara meylli olacaq'
-
Avqust 11, 2025
'Aeroportlarda gecə-gündüz yatıb bilet axtarmayacağıq'
-
Avqust 09, 2025
Sülh bəyannaməsinə Bakıdan və Yerevandan reaksiyalar
-
Avqust 08, 2025
Əliyevlə Paşinyanın razılaşdığı 'Tramp yolu' nədir?
-
Avqust 08, 2025
Sülh sazişi, yoxsa memorandum?