Keçid linkləri

2025, 11 Avqust, Bazar ertəsi, Bakı vaxtı 22:16
Üçtərəfli bəyannamənin imzalanması.
Üçtərəfli bəyannamənin imzalanması.

Canlı Vaşinqtonda "Tramp marşrutu" razılaşması imzalandı

Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri sülh müqaviləsinin mətnini paraflayıblar. Avqustun 8-də Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə onlar görüşün nəticələri haqda bəyannamə imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.

Əliyev Uitkoff ilə görüşdü

Avqustun 7-də Azərbaycan prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşüb. Xəbəri AZƏRTAC yayıb.

Əliyevin və Uitkoffun iştirakı ilə SOCAR-la "ExxonMobil" şirkəti arasında "Əməkdaşlıq haqqında Memorandum" imzalanıb.

Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardill imzalayıblar.

Prezident Əliyevin Uitkoffla görüşündə iki ölkənin strateji müstəvidə əməkdaşlığının inkişaf perspektivləri, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi və regiondakı sülh gündəliyi müzakirə olunub.

Tramp bugünkü mərasimdən yazdı: 'Tarixi bir gün olacaq'

ABŞ prezidenti Donald Tramp avqustun 8-də Ağ evdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanı "tarixi" sülh sammitində qəbul etməyi səbirsizliklə gözlədiyini bildirir. O, "Truth" sosial şəbəkəsində bu haqda yazıb.

"Bu iki ölkə uzun illərdir müharibə aparır və bu, minlərlə insanın ölümü ilə nəticələnib. Bir çox liderlər bu müharibəyə son qoymağa çalışsalar da, indiyədək buna nail olmayıblar. "TRUMP" sayəsində bu, indi mümkün oldu", – yazan D.Tramp administrasiyasının bir müddətdir hər iki tərəflə fəal işlədiyini vurğulayıb. O, Əliyevlə Paşinyanın avqustun 8-də onunla birlikdə Ağ evdə rəsmi Sülh İmzalanma Mərasimində iştirak edəcəyini yazıb.

D.Tramp ABŞ-nin hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayaraq birlikdə iqtisadi imkanları araşdıracaqlarını, beləliklə də, Cənubi Qafqaz regionunun potensialını tam üzə çıxarmağın mümkün olacağını vurğulayıb: "Ermənistan və Azərbaycanın böyük xalqları üçün düzgün olanı edən bu cəsarətli liderlərlə fəxr edirəm. Bu, Ermənistan, Azərbaycan, ABŞ və DÜNYA üçün tarixi bir gün olacaq".

Yeni sülh sazişindəki 'Tramp marşrutu'

Sazişin mərkəzində yeni kommersiya və infrastruktur layihəsi dayanır – Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP).

Vaşinqton görüşündə 'Tramp marşrutu' razılaşdırıla bilər
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00
XS
SM
MD
LG