Keçid linkləri

2025, 11 Avqust, Bazar ertəsi, Bakı vaxtı 14:47

Bakıda saxlanan erməni əsirlərin məsələsi Trampla müzakirə olunub [Video]


Qarabağ separatçılarının məhkəməsi başlayıb. Yerevanda etiraz aksiyası keçirilib
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

Qarabağ separatçılarının məhkəməsi başlayıb. Yerevanda etiraz aksiyası keçirilib (Arxiv. 17 yanvar 2025)

Azərbaycanda həbsdə olan ermənilərlə bağlı məsələ Ermənistanın baş naziri Nikol Paşinyanın təşəbbüsü ilə ABŞ prezidenti Donald Trampla görüşdə müzakirə olunub. Bunu baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan deyib. O əlavə edib ki, Paşinyan bu məsələni "ümumi şəkildə, bütöv halda müzakirə edib, hissələr üzrə deyil".

Sözçü guya Paşinyanın Vaşinqtonda Azərbaycanda həbsdə olan ermənilərin və ya onların bir qisminin geri qaytarılmasına qarşı çıxması barədə internetdə yayılan iddiaları "absurd" adlandırıb. Onun dediyinə görə, baş nazir dəfələrlə bu məsələni müxtəlif formatlı görüşlərdə daim qaldırıb, həll yolları axtarıb.

Bağdasaryan Trampın bu məsələyə necə münasibət bildirməsindən danışmayıb.

İnternetdə yayılan videolarda Trampın Paşinyana "Yaxşı ona deyərəm, bunu eləsin" söylədiyi eşidilir.

Avqustun 8-də Ağ evdə görüşlər öncəsi isə jurnalistlərin erməni əsirlərlə bağlı sualını D.Tramp cavablamayıb.

AzadlıqRadiosunun erməni xidməti yazır ki, hazırda Bakıda 23 erməni saxlanılır: onlardan 16-sı istintaq altındadır, digərləri isə artıq məhkum olunub.

Qarabağdakı keçmiş separatçı rejimin təmsilçiləri olan 16 nəfər müxtəlif ağır cinayətlərdə ittiham olunur.

2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. İki il öncə Qarabağdakı erməni əhali Ermənistana köç edib.

Separatçı qurumun bir çox liderləri də saxlanaraq Bakıya gətirilib.

Rəsmi Yerevan baş verənləri "etnik təmizləmə" kimi dəyərləndirir. Ancaq rəsmi Bakı Qarabağ erməniləri üçün reinteqrasiya planı açıqlayıb, onların məcburi deyil, öz istəklərinə əsasən Ermənistana köçdüklərini bildirir.

XS
SM
MD
LG