Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Energetika Nazirliyinə vəsait ayrılacaq.
AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncamda qeyd edilib ki, son illərdə yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Ukrayna xalqına bir neçə dəfə humanitar yardım göndərib. Sərəncama əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Prezidentinin ehtiyat fondundan Energetika Nazirliyinə 2 milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılacaq.
Əliyevlə Zelenski Rusiyanın Ukraynada SOCAR-ın neft anbarını vurmasını pisləyiblər
Azərbaycan və Ukrayna liderləri Rusiyanın Ukraynada SOCAR-ın neft anbarını vurmasını pisləyiblər.
Avqustun 10-da Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
AZƏRTAC-ın xəbərində deyilir ki, tərəflər Ukraynada Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiyanın məqsədyönlü hava zərbələrini pisləyiblər. Bunun Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini vurğulayıblar.
Avqustun 8-də axşam Rusiya "Şahed" dronları ilə Azərbaycanın SOCAR neft şirkətinin Odessadakı neft bazasına hücum edib. Yanğın baş verib, dizel yanacağı kəməri zədələnib. Dörd işçinin ciddi xəsarətlər aldığı bildirilir.
Avqustun 6-da isə Rusiya dronları Odessa vilayətində kompressor stansiyasına hücum edib.
İyulda Ukraynanın "Naftoqaz Ukrainı" milli səhmdar cəmiyyəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə qaz alqı-satqısına dair ilk müqavilə imzalayıb.
Xatırlatma
3 il əvvəl, fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. 9 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib. Amma Azərbaycan bu sanksiyalara qoşulmur. Bununla