Keçid linkləri

2025, 12 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 01:13

ATƏT-ə Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciət göndərilib


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyan ilə sülh sazişini paraflayandan sonra.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyan ilə sülh sazişini paraflayandan sonra.

Bakı və Yerevan ATƏT-in Minsk Prosesinin və ona bağlı strukturların ləğvinə dair birgə bəyanatı və təklif olunan qərar layihəsini ATƏT-in üzv dövlətlərinə göndərib.

Azərbaycan XİN bildirir ki, avqustun 11-də ATƏT Nazirlər Şurasının bağlanma ilə bağlı qərar layihəsi ATƏT iştirakçı dövlətləri arasında yayılıb və onlar qərarın qəbul edilməsi üçün lazımi prosedurları dəstəkləməyə çağrılıblar.

Avqustun 8-də Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Vaşinqtonda Minsk Prosesi üzrə ATƏT-in və ona bağlı strukturların ləğvi ilə bağlı birgə bəyanat imzalayıblar.

ATƏT bu bəyannamənin imzalanmasını alqışlayıb.

Avqustun 8-də ABŞ prezidenti Donald Tramp Ağ evdə Ermənistan və Azərbaycan liderləri ilə birgə bəyannamə imzalayıb. Bu sənəd sülh sazişi deyil, amma iki ölkə arasında sülh sazişinin yekunlaşdırılması və ratifikasiya olunmasının vacibliyini təsdiqləyir; ATƏT-in Minsk qrupu buraxılması barədə razılıq əldə edilib; Ermənistan ərazisindən keçməklə Azərbaycanın Naxçıvan eksklavına çıxışını təmin edəcək əsas tranzit dəhlizi yaradılır və "Beynəlxalq Sülh və Rifah Uğrunda Tramp Marşrutu" adlandırılır.

1992-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM - sonradan ATƏT- Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı adını aldı) Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edib. 1994 həmsədrlik institutu təsis edildi. ABŞ, Rusiya və Fransa həmsədr ölkələr oldular.

Bu qurum 2020-ci ilə qədər aktiv şəkildə vasitəçiliklə çıxış edib.

XS
SM
MD
LG