Demokratiya olmadan sülh mümkündürmü? Azərbaycan beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında media azadlığının, söz azadlığının, demokratiyanın olmadığı, azad olmayan ölkələr sırasındadır. Hətta geriləyir.
Putinin Uitkoff ilə Moskvada görüşü son altı ayda beşincidir.
Nazirlər birbaşa dialoqun davam etdirilməsinə hazır olduqlarını bir daha təsdiqləyiblər
Ekspertlər bildirir ki, Rusiya hücumunu davam etdirdiyi bir vaxtda Ukrayna silah-sursat çatışmazlığı qədər kritik olan digər böhranla üzləşir - piyadaların sayı azalır.
Ukraynalılar ABŞ və Rusiya liderlərinin Alyaskada gözlənən görüşünə skeptik yanaşırlar. Avqustun 15-də ABŞ prezidenti Donald Tramp Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Ukrayna prezidenti Volodimir Zelenski dəvət olunmayıb.
Nizama Heçimoviç - bu ad bir çox bosniyalıya tanışdır. Nizamanı 2023-cü il avqustun 11-də Bosniya-Herseqovinanın kiçik bir şəhərində keçmiş sevgilisi qətlə yetirib. Qatil daha iki nəfəri öldürüb, birini yaralayıb, sonra isə özünə qəsd edib.
Samira Qırğızıstanın şimalında, yaşadıqları Çuy vilayətindən 16 yaşlı qızını Rusiyanın Tatarıstan Respublikasında nüfuzlu bir məktəbdə oxumağa göndərmək üzrə idi. Ancaq onun xəbəri yox idi ki, həmin məktəb Rusiyanın Ukraynaya hava hücumlarında istifadə etdiyi döyüş dronları istehsal edir.
Avqustun 11-də ATƏT Nazirlər Şurasının bağlanma ilə bağlı qərar layihəsi ATƏT iştirakçı dövlətləri arasında yayılıb.
Bakı və Yerevan bir-birlərinə münasibətdə güc tətbiq etməkdən və ya güc tətbiq etməklə hədələməkdən çəkinəcəklər
İran prezidenti Məsud Pezeşkian deyir ki, Azərbaycan, Ermənistan və ABŞ liderlərinin "Tramp yolu" (TRIPP) barədə sazişi İranın tələblərinə cavab verir. İranin ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti isə daha əvvəl demişdi ki, İran Qafqazda "Amerika dəhlizi"nin inşasının qarşısını alacaq.
"Al Jazeera" telekanalının məşhur jurnalisti, əvvəllər də İsrail tərəfindən təhdid edilən Ənəs əl-Şərif bazar günü - avqustun 10-da İsrailin hava zərbəsi nəticəsində dörd həmkarı ilə birlikdə öldürülüb.
Tehran 3+3 mexanizmini yada salır
Davamı